Astarada yeni sitrus bağı salınır

15:36 - 7.05.2021


7 may, Fineko/abc.az. Astara rayonunun Ərçivan qəsəbəsində yeni sitrus bağı salınır.

ABC.AZ-ın məlumatına görə, ümumi sahəsi 40 hektar olan sitrus meyvə bağının salınmasına 2018-ci ildən başlanılıb.

Hazırda türkiyəli mütəxəssislərin iştirakı ilə təsərrüfatda 10 hektar sahədə “Miaqava” sortu yapon naringi tinglərin ən yeni üsullarla əkini, müasir suvarma sistemlərinin qurulması davam edir.

Qeyd edək ki, bundan başqa rayonda sutkalıq gücü 40 ton olan çəltik dəyirmanı, 34 hektar çəltik sahəsi var.

 

Bütün xəbərlər