Mərkəzi Bank nüfuzlu şirkətlər müqavilə imzaladı

15:46 - 7.05.2021


7 may, Fineko/abc.az. Mərkəzi Bankı və "Visa" arasında ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Strateji Əməkdaşlıq Müqaviləsi imzalanıb.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, ölkədə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi məqsədilə qlobal ödənişlərdə lider təşkilatlar ilə davamlı olaraq əməkdaşlıq edir.

Qarşılıqlı əməkdaşlıq çərçivəsində ölkədə rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması məqsədilə davamlı olaraq stimullaşdırıcı kampaniyalar keçirilmiş, ölkədə mobil qurğulardan istifadə etməklə ödənişlərin təhlükəsiz rejimdə həyata keçirilməsini təmin edən “Visa Token Service” innovativ həlli ölkəmizə gətirilərək bir sıra banklarda tətbiq edilib.

Eyni zamanda ölkənin dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi layihəsinin ilkin mərhələsi reallaşdırılıb.

 

Bütün xəbərlər