Nazirlik tenderin qalibini açıqladı – 40 milyon manatdan çox pul ödəyəcək

16:12 - 7.05.2021


7 may, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi üçün kənd təsərrüfatı mallarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə vahid dövlət satınalmaları portalıda qeyd olunub. Tenderin qalibi “Aqri Kon” və “Agro Best” QSC konsorsiumudur.

Qalib konsorsiuma 40,4 milyon manat ödəniləcək.

 

Bütün xəbərlər