Avropa İttifaqından Azərbaycanda şərab istehsalına dəstək – Yeni layihə

16:30 - 7.05.2021


7 may, Fineko/abc.az. Avropa İttifaqının (Aİ) Azərbaycanda maliyyələşdirdiyi kənd təsərrüfatının inkişafına dəstək verən layihələrdən biri “Slow Food” layihəsidir. Layihə ötən ilin sonunda başlayıb və 2021-ci ilin noyabr ayında başa çatacaq.

ABC.AZ xəbər verir ki, icra edilən işlərin media nümayəndələrinə təqdimat zamanı bildirilib ki, layihə çərçivəsində 200 təsərrüfat sahibi ilə görüş keçirilib.

Şərabın böyük istehsal müəssislərindən birində istehsalı üçün danışıqlar da aparılır.

Qeyd edək ki, Avropa İttifaqının kənd təsərrüfatı layihələri ölkə ərazisinin dörddə birini əhatə edən 28 regionda icra edilir.

Bu layihələr vasitəsilə yerli və regional hakimiyyət orqanları, sahibkarlar, ailə müəssisələrinin üzvləri və fermerlər də daxil olmaqla 4500 nəfərə (onlardan 2000 nəfəri qadındır) dəstək göstərilib.

 

Bütün xəbərlər