Azərbaycanda bayram tətili başlayır - Sabahdan

10:24 - 8.05.2021


8 may, Fineko/abc.az. Mayın 9-dan Ramazan bayramı ilə əlaqədar Azərbaycanda tətil başlayır.

ABC.AZ xəbər verir ki, tətil mayın 16-dək davam edəcək.

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib.

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə bu ilin 11 və 12 may iş günləri ilə 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

 

Bütün xəbərlər