Dövlət Vergi Xidmətinin Baş İdarəsi ləğv edildi

10:27 - 8.05.2021


8 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması Baş İdarəsi (Katiblik) ləğv edilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, onun bazasında 2 yeni baş idarə - Sənədlərlə iş və icra intizamına nəzarət (Katiblik) Baş İdarəsi və İnzibati şikayətlərə baxılması Baş İdarəsi yaradılıb.

Bununla da, Dövlət Vergi Xidmətinin tərkibindəki strukturların sayı 27-yə çatıb.

 

Bütün xəbərlər