DOST Agentliyi bu şirkəti qalib elan etdi – 89 min manat ödəyəcək

10:49 - 8.05.2021


8 may, Fineko/abc.az. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi bir müddət əvvəl elan etdiyi tenderin qalibini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi üçün ISO beynəlxalq standartları üzrə təlimlərin keçirilməsi və sertifikatların satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.

Açıq tenderin qalibi "BUREAU DE QUALİTE" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qalibə 89 min 078 manat ödəyəcək.

Bütün xəbərlər