Bank VTB (Azərbaycan) ASC tender elan edir

11:11 - 8.05.2021


8 may, Fineko/abc.az. Bank VTB (Azərbaycan) ASC ödəniş kartlarının hazırlanması üçün embossinq avadanlığının alınması ilə əlaqədar tender elan edir.

Tender sənədləri ilə Bankın Xətai prospekti, 38, Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış olmaq olar. Tender təklifiləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə  (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 19 may 2021-ci il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 38 Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.  

 

Bank VTB (Azərbaycan) ASC-nin  Müsabiqə (Tender) komitəsi.

Əlaqələndirici şəxs:

Nailə Əliyeva

Telefon: 012 492-00-80 (daxili nömrə 5514)

Faks: 012 437-71-21

 

Bütün xəbərlər