Bayram tətili bitdi – Bu gün rəsmi iş günüdür

10:13 - 16.05.2021


16 may, Fineko/abc.az. Bu gündən Azərbaycanda 1 həftəlik bayram tətili sona çatıb.

ABC.AZ xəbər verir ki, Ramazan bayramı münasibəti ilə tətbiq edilən tətildən sonra bu gün ilk rəsmi iş günüdür.

Qeyd edək ki, ölkə ərazisində iş və istirahət günlərinin yerləri dəyişdirilmişdi. Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 16-dək qeyri-iş günləri olub. 

 

Bütün xəbərlər