Ötən ay bahalaşan və ucuzlaşan mallar – Siyahı

10:21 - 16.05.2021


16 may, Fineko/abc.az. Aprel ayında ucuzlaşan və bahalaşan mallarla bağlı statistika açıqlanıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, ötən ay mobil telefonların və yazı kağızlarının qiymətlərində ucuzlaşma müşahidə olunub.

Aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma pambıq parçaların, boyaların, divar kağızlarının, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, sementin, soyuducuların, paltaryuyan maşınların, kondisionerlərin, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində qeydə alınıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər