Qiyməti daha çox bahalaşan və ucuzlaşan ərzaqlar – Siyahı

10:47 - 16.05.2021


16 may, Fineko/abc.az. Bu ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün qiymətlərində müşahidə olunb.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika İdarəsi məlumat yayıb.

Sözügedən dövrdə həmçinin bahalaşma yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, almanın, armudun, kələmin, pomidorun, bibərin, çuğundurun, balqabağın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin və tütün məmulatlarının qymətlərində qeydə alınıb.

Ucuzlaşma isə təzə balığın, yumurtanın, bananın, qozun, fındığın, xiyarın, badımcanın, yerkökünün, kartofun və sarımsağın qiymətlərində qeydə alınıb.

 

Bütün xəbərlər