Azərbaycanın qeyri neft-qaz məhsullarını ən çox ixrac etdiyi ölkələr - Siyahı

14:25 - 16.05.2021


16 may, Fineko/abc.az. 2021-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı 501,5 milyon dollar təşkil edib.

ABC.AZ-ın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 17,0 faiz, real ifadədə 3,7 faiz artım deməkdir.

Bəhs olunan məbləğdəki ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər biri 3,0 faiz olmaqla İsrail, Portuqaliya və Ukraynaya, 2,8 faizini Çinə, 2,1 faizini Birləşmiş Krallığa, 1,9 faizini Belarusa, 1,5 faizini Xorvatiyaya, hər biri 1,1 faiz olmaqla İsveçrə və Almaniyaya, 4,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

 

Bütün xəbərlər