Ötən 3 ayda ixracı azalan məhsullar – Siyahı

14:40 - 16.05.2021


16 may, Fineko/abc.az. Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 17,8 faizi Rusiya, 15,0 faizi Türkiyə, 12,3 faizi Çin, 7,3 faizi Almaniya, 4,6 faizi ABŞ, 3,9 faizi Ukrayna, 3,8 faizi İran, 3,2 faizi İtaliya, 3,0 faizi Birləşmiş Krallıq, hər biri 1,8 faiz olmaqla Koreya və Yaponiya, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, hər biri 1,4 faiz olmaqla Fransa və Norveç, 19,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

ABC.AZ-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsində bildirilib.

Müqayisə üçün qeyd edək ki, əvvəlki ilin eyni dövrünə nisbətən mühüm məhsul növlərindən təzə meyvə ixracı 41,8 faiz, şəkər – 2,5 dəfə, bitki yağları – 37,5 faiz, meyvə və tərəvəz şirələri – 37,0 faiz, kartof – 1,6 dəfə, təbii üzüm şərabları və üzüm suslosu – 1,9 dəfə, pambıq lifi – 1,6 dəfə, polietilen – 8,8 faiz, pambıq ipliyi – 6,3 faiz, bentonit gili – 8,6 faiz artmış, təzə tərəvəz ixracı isə 37,3 faiz, çay – 18,3 faiz, meyvə və tərəvəz konservləri – 5,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 22,2 faiz, tütün – 58,5 faiz, emal olunmamış alüminium – 23,5 faiz, qara metallardan borular – 36,7 faiz azalıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər