İdxalı artan və azalan məhsulların siyahısı açıqlanıb - Hesabat

15:07 - 16.05.2021


16 may, Fineko/abc.az. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2021-ci ilin yanvar-mart aylarında bitki yağları idxalı 47,6 faiz, buğda – 13,0 faiz, xam şəkər və şəkər – 3,9 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 5,1 faiz, kartof – 0,6 faiz,təzə tərəvəz – 2,0 dəfə, siqaretlər – 14,8 faiz, dərman vasitələri – 30,8 faiz, rezin şinlər – 10,6 faiz, mineral gübrələr – 17,8 faiz, yük avtomobilləri – 28,5 faiz, məişət kondisionerləri – 1,6 dəfə, məişət soyuducuları – 29,0 faiz artıb.

ABC.AZ-ın  Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, sözügedən dövrdə təzə meyvə idxalı isə 3,4 faiz, çay – 5,2 faiz, mal əti – 23,6 faiz, quş əti və onun əlavə məhsulları – 22,8 faiz, minik avtomobilləri – 1,4 faiz, qara metallardan borular – 38,2 faiz, polad prokatı – 58,1 faiz, hesablama maşınları, blok və qurğuları – 4,0 faiz, qara metallardan çubuqlar – 57,4 faiz, mebellər – 10,9 faiz, paltaryuyan maşınlar – 8,5 faiz, polietilen – 47,4 faiz, qara metallardan künclüklər – 39,7 faiz, avtobuslar – 39,4 faiz, sement və sement klinkerləri – 39,7 faiz azalıb.

 

Bütün xəbərlər