Kimlər dövlət rüsumu ödəməkdən azaddır? - Şərtlər

15:57 - 16.05.2021


16 may, Fineko/abc.az. Qanuna görə, bəzi şəxslər dövlət rüsumu ödənilməsindən azad edilir.

ABC.AZ-ın məlumatına görə, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı iddiaçılar.

Daha dəqiq desək, işçinin əməyi düzgün ödənilmirsə, yaxud işçi işəgötürənə qarşı əmək fəaliyyətindəki qanun pozuntusu ilə bağlı məhkəmədə iddia qaldırırsa, rüsum ödəməkdən azaddır.

Həmçinin boşanma işləri, yaxud boşanmadan da ər-arvada qarşı aliment iddiası qaldırıldıqda bu iddialara görə rüsum tutulmur.

O cümlədən şikəstlik, səhhətə vurulan zərər, ailəni dolandıranın ölümü ilə bağlı dəyən zərər üzrə iddia qaldırıldıqda da rüsum ödənilmir. Və müəlliflik hüququ ilə bağlı mübahisələrdə iddiaçı rüsum ödəməkdən azaddır.

 

Bütün xəbərlər