330x110
 

“Gədəbəy Mineral Suları” MMC-nin satış təmsilçisi haqda cinayət işi açıldı

16.05.2021,16:35


16 may, Fineko/abc.az. “Gədəbəy Mineral Suları” MMC-nin Ağstafa-Qazax rayonu üzrə satış təmsilçisi Cavid Məmmədovun yol verdiyi qanunsuz hərəkətlərlə bağlı rayon prokurorluğuna müraciət daxil olub.

Qazax rayon prokurorluğundn ABC.AZ-a verilən məlumata görə, aparılmış araşdırma zamanı müəyyən edilib ki, Cavid Məmmədov 2020-ci ilin fevralın 6-dan sentyabrın 30-dək olan dövr ərzində ona etibar edilmiş firmaya məxsus müxtəlif çeşidli su məhsullarının satışından əldə edilmiş pulu kassaya mədaxil etməyərək həmin firmaya xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəyib.

Faktla bağlı Qazax rayon prokurorluğunda cinayət işi başlanıb.