“Azinvestkredit” MMC böyük zərərdə - BOKT ziyanla işləyib

17:11 - 16.05.2021


16 may, Fineko/abc.az. “Azinvestkredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 41 min manat zərərlə başa vurub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, halbuki BOKT 2019-cu ildən 41 min manat xalis mənfəətlə çıxmışdı.

Bu il yanvarın 1-nə “Azinvestkredit”in aktivləri 500 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 9,7% azdır.

Bunun 492 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 9,7% kiçilib. Hesabat dövründə “Azinvestkredit”in öhdəlikləri 6,5 dəfə azalaraq 2 min manatab, balans kapitalı isə 7,8% azalaraq 499 min manata düşüb.

 

Bütün xəbərlər