Neftin qiyməti cüzi dəyişir, Brent bir barelə $68,68 təşkil edir

10:13 - 17.05.2021


17 may, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri, ötən həftənin yekunları üzrə yüksəlişdən sonra, bazar ertəsi ticarətində zəif və müxtəlif istiqamətli şəkildə dəyişir.

Saat 9:18-də London ICE Futures birjasında keçirilən ticarətdə, Brent neftinin iyul fyuçersləri barrel başına 0,03 (0,04%) –  68,68 dollara düşdü. Mayın 14 – də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin iyul ayı üçün fyuçersinin qiyməti 1,66 dollar (2,48%) - barrel başına 68,71 dollara qalxıb.

Saat 9:18-də Nyu-York ticarət birjasında (NYMEX) WTI-nin iyun fyuçersinin qiyməti 0,03 (0,05%) – barrel başına $65,40-ə qədər artıb. 14 may ticarət nəticələrinə görə, iyun ayına olan fyuçers $ 1,55 (2,43%) – bir barel üçün 65,37 dollara yüksəldi.

Ötən həftənin nəticələrinə görə, Brent 0,6%, WTI isə 0,7% bahalaşıb.

 

Bütün xəbərlər