Bu avtobusda qiymətlər azaldıldı

10:21 - 17.05.2021


17 may, Fineko/abc.az. M8 ekspress xətti (Maştağa qəsəbəsi-“Gənclik” m/st) adi rejimə keçirilib.

ABC.AZ xəbər verir ki, bu haqda Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli tvitterdə məlumat yayıb.

O qeyd edib ki, bu addım vətəndaşların rahatlığı nəzərə alınaraq atılıb.

V.Kərimli bildirib ki, daimi sərnişinlərə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib.

 

Bütün xəbərlər