330x110
 

Elektrik enerjisi, qaz və buxar istehsalı azalıb – Hesabat

17.05.2021,14:47


17 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda əmtəəlik təbii qaz hasilatı artıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, yanvar-aprel aylarında bununla yanaşı bəzi sektorlarda azalma da qeydə alınıb.

Sözügedən dövrdə sənaye məhsulunun 62,9 faizi mədənçıxarma sektorunda, 5,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,7 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,2 faiz artıb.