Avropanın ən böyük onlayn qaz satışı mərkəzi bahalaşdı

15:11 - 17.05.2021


17 may, Fineko/abc.az. Avropanın ən böyük onlayn qaz satışı mərkəzi olan TTF-də qiymətlər 342 USD/1000 kubmetrə çatıb ki, bu da 2018-ci ilin 26 sentyabr tarixindən bu yana ən yüksək rəqəmdir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bahalaşmanın başlıca amili karbon qazı tullantıları üçün ödənilən haqqın davamlı artmasıdır.

Bununla yanaşı Asiya bazarlarında LNG-nin bahalaşması və boru kəmərlərindən qaz nəqlinin azalması da töhfə verib.

İlin əvvəlindən bu yana TTF-də “ertəsi gün” fyüçerslərinin orta qiyməti 246 USD/1000 kubmetr təşkil edib.

 

Bütün xəbərlər