Baş Prokurorluq bankın filial müdiri barədə açıqlama yaydı

15:43 - 17.05.2021


17 may, Fineko/abc.az. Paytaxtın Binəqədi rayon sakini Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Prokrorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub. Zəruri prosessual hərəkətlər həyata keçirilib. Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Mahir Sultanov ölkənin aparıcı banklarından birinin Xəzər rayon filialının müdiri vəzifəsində çalışıb.

 

Bütün xəbərlər