“Azərsu” ASC-də İctimai Şuraya seçkilər keçiriləcək

16:50 - 17.05.2021


17 may, Fineko/abc.az.  “Azərsu” ASC-də İctimai Şuraya keçiriləcək seçkilərdə iştirak üçün seçicilərin qeydiyyatı başa çatıb.

ABC.AZ “Azərsu” ASC-yə istinadən xəbər verir ki, yanında İctimai Şuranın Seçki Komissiyasına vətəndaş cəmiyyəti institutlarının 64 nümayəndəsi seçici kimi iştirak etmək üçün  müraciət edib. Həmin müraciətlər İctimai Şuranın Seçki Komissiyası tərəfindən yoxlanılıb. Təqdim olunan sənədlər qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olduğundan bütün müraciət edənlər seçici kimi qeydiyyata alınıb.

İctimai Şuraya seçkilər 25 may 2021-ci il tarixində saat 10:00-dan  15:00-dək “Azərsu” ASC-nin inzibati binasında (Moskva prospekti 67) keçiriləcək.

 

Bütün xəbərlər