Bu gün 426 yoluxma faktı qeydə alınıb – Günün Statistikası

16:54 - 17.05.2021


17 may, Fineko/abc.az. Azərbaycanda koronavirus infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 877, bu günə qədər isə ümumilikdə 3 392 930 test icra olunub.

 

Bütün xəbərlər