Azərbaycanda muzdla çalışanlar bu qədər maaş alır – Azalıb

17:25 - 17.05.2021


17 may, Fineko/abc.az. 2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 713,2 manat olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2 faiz azalma deməkdir.

Qeyd edək ki, sözügedən dövrdə itisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər