Muzdla çalışanların sayı artıb – Hesabat

17:37 - 17.05.2021


17 may, Fineko/abc.az. 2021-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 679,7 min nəfər olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 min nəfər və ya 2,0 faiz artım deməkdir.

Onlardan 915,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

 

Bütün xəbərlər