50 dövlət əmlakı özəlləşdirilib – Bir gündə

11:19 - 19.05.2021


19 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün təşkil etdiyi növbəti hərracda 50 dövlət əmlakı özəlləşdirilib.

ABC.AZ Nazirliyə istinadən xəbər verir ki, bunlardan 3-ü səhmdar cəmiyyəti, 1-i kiçik dövlət müəssisəsi, 46-sı isə nəqliyyat vasitəsidir.

Bugünkü hərracda nəqliyyat vasitələrinə daha böyük maraq müşahidə olunub və əksər nəqliyyat vasitələrinin hərracı rəqabətli mühitdə keçib.

Məlumat üçün bildirək ki, özəlləşdirmə hərracına çıxarılan dövlət əmlaklarına 24-ü elektron formada olmaqla ümumilikdə 229 sifariş verilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər