Bakının bu rayonları ingilis layihəsinə qoşulub - Siyahı

14:06 - 19.05.2021


19 may, Fineko/abc.az. Bu il mart ayının 1-dən paytaxtın Nizami, aprel ayının 1-dən Nəsimi və may ayının 1-dən isə Yasamal rayonları da Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinə qoşulub.

ABC.AZ-ın məlumatına görə, layihənin tədbiqinə hazırlıqla bağlı hər 3 rayonda tələbata uyğun miqdarda konteyner meydançası yaradılib, meydançalara 2 rəngdə - yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırılıb.

 

Bütün xəbərlər