“Leyla Medical Center” və “Oksigen” klinikasında araşdırma başlayıb

14:17 - 19.05.2021


19 may, Fineko/abc.az. Gəncə Hava Limanında Gəncə- Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin COVID-19-la əlaqəli təqdim etdiyi tibbi arayışlar saxta çıxıb.

ABC.AZ-a Report-a istinadən xəbər verir ki, sərnişinlərin təqdim etdiyi tibbi arayışların üzərində sənədlərin “Leyla Medical Center” (keçmiş “Leyla Şıxlinskaya” klinikası) və “Oksigen” klinikasından verildiyi qeyd edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları ciddi araşdırmalara başlayıb.

Məsələ ilə əlaqəli “Leyla Medical Center”in mətbuat xidməti Aytaç Kərimli bildirib ki, tibb müəssisələri tərəfindən kimsəyə saxta arayış verilə bilməz:

“Bu kimi halların qarşısını almaq üçün 4 aya yaxındır ki, tibbi arayışların üzərində QR kodlar yerləşdirilib. Hava limanında QR kodları yoxlamaq kifayət edir ki, həmin tibbi arayaşın saxta və ya real olduğu bilinsin. Adətən belə faktlar olur ki, pasiyent bazamızda adı olmayan şəxs müxtəlif proqramlar vasitəsilə nəticələrini saxtalaşdıraraq özlərinə tibbi arayış hazırlayır. Təbii ki, biz bu hala görə heç bir məsuliyyət daşımırıq”.

“Oksigen” klinikası isə məsələyə münasibət bildirməyib. 

 

Bütün xəbərlər