Ermənistan başa düşür ki, böyük səhvə yol veriblər – İlham Əliyev

10:31 - 21.05.2021


21 may, Fineko/abc.az. Bildiyiniz kimi mayın 20-də Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələra qatılıb və bəzi maraqlı açıqlamalar verib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı bildirib ki, "regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda müzakirəni yüksək dəyərləndirirəm, çünki bizim məhz buna ehtiyacımız var.

"Demək olar ki, 30 il çəkən işğal faktı səbəbindən, Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Hesab edirəm, Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər" deyə İ.Əliyev qeyd edib.

 

Bütün xəbərlər