330x110
 

Əcnəbilərə işləmək üçün ən çox icazələrin verildiyi sahələr – Siyahı

21.05.2021,16:28


21 may, Fineko/abc.az. 2021-ci ilin I rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1480 nəfər olub.

ABC.AZ Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, onlardan 39,7 faizi tikintidə, 17,0 faizi mədənçıxarma sənayesində, 8,4 faizi emal sənayesində, 6,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və 18,6 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olublar.

Müəllif: Elmir Murad