Azərbaycanda daha 3 telekanalın fəaliyyəti dayandırıldı

15:39 - 24.05.2021


24 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, iclasda, "Kaspi Global" MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyini, "Mingəçevir" Televiziya və Radio Şirkətinin (Mingəçevir TV) və "Alternativ Tele-Radio" MMC-nin (ARB Ulduz TV) regional televiziya yayımının bir il ərzində 60 gün əsassız həyata keçirilmədiyini nəzərə alaraq bu televiziya yayımçılarının lisenziyalarına xitam verilməsi barədə müvafiq qərarlar qəbul edilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər