Türkiyənin aparıcı şirkəti Azərbaycan bazarına daxil olur - Filial açdı

16:21 - 24.05.2021


24 may, Fineko/abc.az. Türkiyənin"Kalyon İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycandakı filialı dövlət qeydiyyatına alıb.

ABC.AZ xəbər verir ki, filialın hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 104, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Akıncı Abdulnasırdır.

Qeyd edək ki, adıçəkilən şirkət Qarabağda 29,4 milyon dollarlıq avtomobil yolunun tikintisi tenderinin qalibi olub.

 

Bütün xəbərlər