Yaşayış evlərinin tikintisi kəskin azalıb – Hesabat

11:33 - 25.05.2021


25 may, Fineko/abc.az. Azərbaycanda bu il istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsində kəskin azalma qeydə alınıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, sözügedən dövrdə ölkədə ümumi sahəsi 620,1 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib.

Bu, illik ifadədə 73,1% azdır. Təkcə aprel ayında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi aylıq ifadədə 33,4% azalaraq 138,3 min kvadrat metr təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə ölkədə ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu da, əvvəlki illə müqayisədə 47,6% azdır.

 

Bütün xəbərlər