Ruhaninin prezidentliyi dövründə əməkdaşlığın səviyyəsindən çox razıyıq – İlham Əliyev

15:27 - 25.05.2021


25 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev İran XİN rəhbəri Məhəmməd Cavad Zərifi qəbul edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı görüş zamanı bir sıra məqamıara toxunub. Prezident qeyd edib ki, bizdə ticarət dövriyyəsində artım var.

"Pandemiyaya baxmayaraq, bu, çox müsbətdir. Prezident Ruhani və mənim tərəfimdən irəli sürülmüş bütün təşəbbüslər, qəbul olunmuş qərarlar həyata keçirilib. Prezident Ruhaninin prezidentliyi dövründə əməkdaşlığın səviyyəsindən çox razıyıq, bu müddət başa çatır. Xahiş edirəm, mənim salamlarımı, tərəfdaşlıq və əməkdaşlıq üçün minnətdarlığımı ona çatdırasınız”, - deyə dövlət başçısı qeyd edib.

 

Bütün xəbərlər