Ölkələrimiz arasında əlaqələr ən yüksək səviyyədədir – Prezident İranla əlaqələrdən danışdı

15:42 - 25.05.2021


25 may, Fineko/abc.az. Bildiyiniz kimi bu gün Prezident İlham Əliyev İran XİN rəhbəri Məhəmməd Cavad Zərifi qəbul edərkən iki ölkə arasındakı münasibətlərə toxunub.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, Azərbaycanla İran bütün sahələrdə həqiqətən də böyük irəliləyişə nail olub:

"Düşünürəm ki, hazırda ölkələrimiz arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir. Əlbəttə ki, regionda yeni vəziyyətin - münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkanlar, yeni çağırışlar var və sözsüz ki, İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir. Əminəm ki, İran hökuməti də eyni yanaşmanı paylaşır. Çünki münaqişə həll ediləndən sonra keçən dövrdə bizim çoxsaylı təmaslarımız olub. Yəqin ki, bu gün biz bu prosesin daha da rəvan keçməsi üçün bir neçə mühüm məsələyə toxunacağıq”.

 

Bütün xəbərlər