330x110
 

Azərbaycandan bu ölkələrə səyahət azalıb - Siyahı

26.05.2021,10:44


26 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu ilin 4 ayında Azərbaycandan xaricə səyahət edənlərin sayı ötən ilin eyni vaxtına nisbətən azalaraq 162,8 min nəfər olub.

ABC.AZ-ın məlumatına görə, xaricə gedənlərin 75,4 faizini kişilər, 24,6 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 28,5 dəfə, Gürcüstana gedənlərin sayı 18,3 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 5,4 dəfə, Türkiyəyə gedənlərin sayı isə 1,3 dəfə azalıb. 2021-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,6 faizi hava, 25,1 faizi dəmir yolu və avtomobil, 6,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Müəllif: Elmir Murad