330x110
 

Bərdə bazarında yanğın olub – 80 mağazaya ziyan dəyib

26.05.2021,11:08


26 may, Fineko/abc.az. Bərdə rayonunda bazarda baş verən yanğın zamanı ziyan dəymiş mağazaların sayı açıqlanıb.

ABC.AZ xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Yanğından Mühafizə Hissəsinin rəisi Mübariz Əliyev  bildirib ki, hadisə nəticəsində ümumilikdə bazarda 80-ə yaxın mağaza yanıb.

O bildirib ki, hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, mayın 26-da FHN-in "112" qaynar telefon xəttinə Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.