Ailələrində koronavirusa yoluxanlar qəbul imtahanına buraxılmayacaq

12:04 - 26.05.2021


26 may, Fineko/abc.az. İmtahanda iştirak edən şagirdlərin COVID pasportuna ehtiyac yoxdur.

ABC.AZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O bunu belə izah edib: "Çünki imtahan verənlərin yaşı 18-dən aşağı olanlardır, onlar isə hələ peyvənd olunmayıblar. İmtahana dəvət edilən şəxslərdən bu sənəd tələb ediləcək. Abituriyentlərə isə bildirmişik ki, ailələrində koronavirusa yoluxan şəxslər varsa, imtahanda iştirak edə bilməyəcəklər. Bizim öz işçilərimizin hamısı peyvənd olunub. Əməkdaşlar sırasında 68 nəfər virusa yoluxaraq sağalıb, 1 nəfər  isə vəfat edib”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər