Qəbul imtahanları necə keçiriləcək? - Məleykə Abbaszadədən açıqlama

12:26 - 26.05.2021


26 may, Fineko/abc.az. Bildiyiniz kimi bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qarşıdakı imtahanların keçirilmə qaydaları ilə bağlı jurnalistlərə açıqlama verib.

ABC.AZ-ın məlumatına görə, M.Abbaszadə qeyd edib ki, bu il də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci və ikinci cəhddə keçirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdinin iyul ayında keçirilməsi planlaşdırılır:

“Çalışacağıq ki, avqust ayında ikinci cəhdi keçirək. Lakin koronavirus pandemiyası ilə əlaqədar yarana biləcək sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdinin keçirilməmə ehtimalı nəzərə alınaraq abituriyentlərin 1-ci cəhddə iştirakı tövsiyə olunur”.

 

Bütün xəbərlər