330x110
 

“Horadiz” və “Qarasuçay” qum-çınqıl yataqları hərraca çıxarılacaq – Detallar

26.05.2021,12:30


26 may, Fineko/abc.az. İyunun 23-də Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac təşkil edəcək.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, Füzuli rayonunda yerləşən “Horadiz” qum-çınqıl yatağının 55 ha sahəsi 5 LOT üzrə, Goranboy rayonunda yerləşən “Qarasuçay” qum-çınqıl yatağının 43 ha sahəsi 4 LOT üzrə hərraca çıxarılacaq.

“Horadiz” və “Qarasuçay” qum-çınqıl yataqlarının ərazilərində yer təki sahələrinin istifadəyə verilməsi ilə bağlı hərrac iddiaçıları iştirakla bağlı sənədləri 11 iyun 2021-ci il, saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 ünvanına təqdim edə bilərlər.