ABŞ “Xiaomi”-ni Çindən alacaq - Sanksiya ləğv olundu

14:26 - 26.05.2021


26 may, Fineko/abc.az. ABŞ məhkəməsi Pentaqonun “Xiaomi” şirkəti ilə bağlı yeni qərarını açıqlayıb.

ABC.AZ-ın xarici mediaya istinadən məlumatına görə, qərarla şirkət "Çinin hərbi müəssisələri” siyahısından çıxarılıb. Məhkəmə qərarından sonra amerikalı biznesmenlər “Xiaomi”nin səhmlərini satın alacaqlar.

Qeyd edək ki, bu ilin yanvarında ABŞ hökuməti “Xiaomi” də daxil olmaqla Çinin 9 şirkətinə amerikalı sərmayədarlarla əməkdaşlıq etməyə qadağa qoyub.

 

Bütün xəbərlər