Dövlət Layihə İnstitutu 1 milyon manatlıq tenderin qalibi elan edildi

16:01 - 26.05.2021


26 may, Fineko/abc.az. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ilkin məlumatların toplanması, istinad planının, strateji ekoloji qiymətləndirmə hesabatının, mühəndis kommunikasiya və nəqliyyat sistemin inkişaf sxeminin hazırlanması, tərcümə xidmətlərinin göstərilməsi, kompleks mühəndis-geodeziya işlərinin görülməsi və bina fasadlarının 1:200 miqyasına uyğun detalları daxil olmaqla mövcud ərazinin rəqəmsal 3D modeli şəklində aparılmış topoqrafik tədqiqat məlumatlarının toplanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, tenderin qalibi Komitənin Bakı Dövlət Layihə İnstitutudur. Qalibə 1 098,7 min manat ödəniləcək.

Bütün xəbərlər