330x110
 

Qəhrəmanlar düşmən, düşmənlər isə qəhrəman kimi göstərilirdi - İlham Əliyev

27.05.2021,14:21


27 may, Fineko/abc.az. Mən oxuduğum dövrdə biz təhrif edilmiş tarixi öyrənirdik. Azərbaycan xalqının qanını axıdan daşnak-bolşevik bandalarının rəhbərləri qəhrəman kimi təqdim edilirdi. Mən məktəbdə və ali məktəbdə oxuyarkən bu kitablar, bu saxta tarix kitabları əsasında oxumuşam.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyə milli təhsil naziri Ziya Selçukla görüşündə qeyd edib.

Dövlət başçısı bildirib ki, biz müstəqilliyə qovuşandan sonra real tarixi bildik.

"Qəhrəmanlar düşmən kimi göstərilirdi, düşmənlər qəhrəman kimi. Ona görə, biz - sovetlər birliyində yaşamış insanlar, - sovetlər birliyi dağılanda mənim 30 yaşım var idi, bütün təhsilimi bitirmişdim, - ondan sonra öyrəndim ki, bizə nə qədər ziyanlı və saxta tarix təqdim edilirmiş. Ona görə indiki şəraitdə biz həm qədim tariximizi, eyni zamanda, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə bərabər çalışacağıq”, - deyə dövlət başçısı qeyd edib.