"Aqrar Tədarük Və Təchizat" tenderə yekun vurub - Qalibə 59 min manat ödəyəcək

17:13 - 27.05.2021


27 may, Fineko/abc.az. Bir müddət əvvəl "Aqrar Tədarük Və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tenderə yekun vurulub.

ABC.AZ xəbər verir ki, avtomobillərin soyuducularına texniki xidmət göstərilməsinin satınalınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.

Açıq tenderin qalibi "FREEZE AIR SERVICE" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"Aqrar Tədarük Və Təchizat" Açıq Səhmdar Cəmiyyəti qalibə 59 min manat ödəyəcək.

 

Bütün xəbərlər