330x110
 

Sığorta yığımları da, ödənişləri də artıb – Hesabat

31.05.2021,14:48


31 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında  Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən yığılan sığorta haqlarının həcmi açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən dövrdə sığorta şirkətləri tərəfindən 339 107,3 min manat həcmində sığorta haqqı yığılıb.

Məlumata əsasən, hesabat dövründə şirkətlər tərəfindən 179 789,3 min manat həcmində ödəniş həyata keçirilib. Sığorta yığımları illik müqayisədə 8,9%, ödənişlər isə 70,3% artıb.