330x110
 

Gürcüstan quru sərhədlərini açdı - Bu gündən

01.06.2021,10:28


1 iyun, Fineko/abc.az. Bu gündən 50-dən çox ölkədən Gürcüstana quru yolla səfər etmək mümkün olacaq.

ABC.AZ Gürcüstan mətbuatına istinadən xəbər verir ki, qonşu ölkəyə daxil olacaq şəxslərdən son 72 saat ərzində aparılan "PCR" testin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək.

Qeyd edək ki, Koronavirusa qarşı tam peyvənd olunan şəxslər də "PCR" test təqdim etməli olacaqlar.

Ziyarətçilər Gürcüstanda uzun müddət ərzində qalacaqları təqdirdə 72 saatın tamamında öz hesablarına təkrar test yoxlamasından keçməli olacaqlar.

Əks təqdirdə 2 min lari məbləğində cərimə nəzərdə tutulub. Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında quru sərhədlər vasitəsilə sərbəst gediş-gəliş ötən ilin martın 14-dən dayandırılmışdı.

Müəllif: Elmir Murad