Müəllim olmaq istəyənlərin nəzərinə - Sənəd qəbuluna başlanır

15:37 - 1.06.2021


1 iyun, Fineko/abc.az. İyunun 4-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron sənəd qəbulu prosesinə başlanılır.

Təhsil Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, sənəd qəbulu 4-11 iyun tarixlərini əhatə edəcək.

Müsabiqə 4 mərhələdən elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçimi və müsahibə mərhələsindən ibarətdir.

Müsabiqənin ilk – elektron sənəd qəbulu mərhələsində namizədlər miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Bütün xəbərlər