330x110
 

“Azərsu” Sabunçu rayonunda sudan qanunsuz istifadə halları aşkarlayıb

01.06.2021,16:14


1 iyun, Fineko/abc.az. “Azərsu” ASC tərəfindən su itkilərinin və israfçılığın  qarşısının alınması məqsədilə Bakı şəhəri və Abşeron  yarımadasında, eləcə də regionlarda həyata keçirilən nəzarət tədbirləri gücləndirilib.

Cəmiyyətdən ABC.AZ–a verilən məlumata görə, Sabunçu rayonunun Südçülük sovxozu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən idman kompleksi, şəhər şossesi küçəsində yerləşən ət kəsimi və qapı istehsalı sexi, Zabrat qəsəbəsində yerləşən kafe, ət kəsimi, avtoyuma və avtotəmir məntəqələrində  sudan qanunsuz istifadə  halları aşkarlanıb.

Aşkar olunan faktlarla bağlı zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, hər bir hal üzrə qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarında 7682 sudan qanunsuz istifadə halı aşkarlanıb, 2 mln 55 min kubmetr həcmində sərfiyyat bərpa olunaraq 767 min manatlıq dəymiş ziyan hesablanıb.