330x110
 

Banklarda çalışanların sayı artıb - Bank sektoru özünə gəlməyə başlayır

01.06.2021,16:17


1 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ölkədə bank sektoru yavaş-yavaş özünə gəlməyə başlayıb.

ABC.AZ-ın məlumatına görə,  bank filiallarının artımı ilə yanaşı, bankda çalışanların sayında da çoxalma var.

Belə ki, mayın 1-ə olan məlumata görə, ölkə banklarında təqribən 18 893 nəfər çalışır. İlin əvvəlindən bu günə qədər bank əməkdaşlarının sayında 200 nəfərə yaxın artım var.

Qeyd edək ki, 2020-ci ildə 4 bankın fəaliyyətini dayandırması ilə bank işçilərinin sayı da azalmış, təqribən 1500 nəfər bank əməkdaşı işini itirmişdi – işçi sayı 19 846 nəfərdən 18 400-a düşmüşdü.